Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müəllimlər arasında maraqlı və maarifləndirici bilik yarışı təşkil edildi.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müəllimlər arasında maraqlı və maarifləndirici bilik yarışı təşkil edildi. Tədbirin məqsədi həm müəllimlər arasında dostluq və əməkdaşlıq münasibətlərini gücləndirmək, həm milli həmrəylik dəyərlərimizi ön plana çəkmək, həm də əyləncəli bir mühitdə öyrənmə prosesini təmin etmək idi.
Yarışda müxtəlif fənn müəllimlərindən ibarət komandalar iştirak etdi. Yarış böyük həvəs və rəqabət mühitində keçdi. Müəllimlər öz biliklərini nümayiş etdirməklə yanaşı, milli birliyimizi bir daha vurğuladılar.
Qalib komandaya fəxri fərman təqdim olundu.
Tədbirin sonunda iştirakçılar Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı öz fikirlərini bölüşdülər və belə tədbirlərin milli ruhun gücləndirilməsi baxımından vacibliyini vurğuladılar.