İbtidai siniflərdə planlaşdırılmış monitorinq həyata keçirildi.

Məktəbin fəaliyyət planına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini Muradova Şəhlanın rəhbərliyi ilə ibtidai siniflərdə şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə planlaşdırılmış monitorinq həyata keçirildi. Monitorinqin əsas məqsədi, şagirdlərin mövcud potensialını müəyyənləşdirmək, onların inkişaf istiqamətlərini dəqiqləşdirmək və təlim prosesinin effektivliyini artırmaqdan ibarət idi.