Naxçıvanın 100 illik yubileyi münasibətilə və "Naxçıvan ayı" çərçivəsində dəyirmi masa təşkil edildi.

Naxçıvanın 100 illik yubileyi münasibətilə və "Naxçıvan ayı" çərçivəsində məktəbimizin kitabxana müdiri Maya Qasımova dəyirmi masa təşkil etdi.
Dəyirmi masada Naxçıvanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı və onun müasir Azərbaycan üçün əhəmiyyəti müzakirə olundu. Şagirdlərin hazırladığı divar qəzetləri, təqdimatlar sərgiləndi, ifalarında şeirlər səsləndirildi.