Şagirdlər Arasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş "Qədim Türk Diyarı – Naxçıvan" adlı bilik yarışı və sərgi keçirildi.

Şagirdlər Arasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş "Qədim Türk Diyarı – Naxçıvan" adlı bilik yarışı və sərgi keçirildi.

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə məktəbimizin uşaq birliyi rəhbəri Aynur Qənbərovanın rəhbərliyi ilə 7,8-ci sinif şagirdləri arasında "Qədim Türk Diyarı – Naxçıvan" adlı bilik yarışı və sərgi təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərə Naxçıvanın tarixi, mədəniyyəti, coğrafiyası və milli dəyərləri barədə biliklər aşılamaq, onların vətənpərvərlik ruhunu yüksəltmək idi.

Bilik yarışında şagirdlər müxtəlif suallar vasitəsilə Naxçıvanın zəngin tarixi və mədəni irsi ilə bağlı məlumatlarını nümayiş etdirdilər. Maraqlı və rəqabətli şəraitdə keçən yarış iştirakçılara həm yeni biliklər qazandırdı, həm də onların öz biliklərini sınamaq imkanı yaratdı.

Sərgidə isə şagirdlərin əl işləri, rəsm əsərləri, Naxçıvanın mətbəxi, qədim tarixi nümayiş etdirildi. Tədbir iştirakçıları sərgidə böyük maraqla iştirak edərək, Naxçıvanın qədimliyini və onun türk dünyasındakı əhəmiyyətini bir daha dərk etdilər.

Bu tədbir şagirdlərin həm intellektual, həm də yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, onların milli-mənəvi dəyərlərə olan bağlılığını gücləndirdi və Naxçıvanın 100 illik yubileyinə həsr olunmuş əlamətdar bir gün kimi yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi