“Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan Könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” baş tutub. Məktəbin 9a sinif şagirdi Murad Qənbərov Məktəb Könüllüsü olaraq bu tədbirdə fəal iştirak edib. Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə həyata keçirilən Forumda könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan istifadə edilməklə hazırlanan müxtəlif sənət əsərlərinin “Tullantıdan sənətə” adlı sərgisi həyata keçirilib.