12 dekabr 2024-cü il tarixində Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.

12 dekabr 2024-cü il tarixində Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Məktəbin 7ç sinif şagirdlərinin iştirakı ilə təşkil olunan tədbirdə ümummilli liderin Azərbaycan tarixindəki rolu, onun dövlət quruculuğu sahəsindəki xidmətləri və xalq qarşısındakı əvəzsiz töhfələri haqqında danışıldı. Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətinə dair şeirlər səsləndirdilər, onun milli dəyərlərin qorunması və inkişafı istiqamətində gördüyü işlər barədə məlumat verdilər. Tədbir zamanı məktəbin tarix müəllimi Əliyeva Aynişan çıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqının rifahı üçün əvəzsiz rolunu vurğuladı.
Tədbirdən sonra şagirdlər və müəllimlər birlikdə Heydər Əliyevin büstü önünə gedərək gül dəstələri qoydular və onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir, şagirdlərin vətənpərvərlik ruhunun gücləndirilməsi və Heydər Əliyev irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.