2-10-cu siniflər arasında Riyaziyyat fənni üzrə bilik yarışı keçirildi.

Məktəbimizdə həftə ərzində şagirdlərin riyazi biliklərini üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə 2-10-cu siniflər arasında Riyaziyyat fənni üzrə bilik yarışı keçirildi. Bu yarışın keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi təfəkkürünü, yaradıcı yanaşma qabiliyyətini və riyazi biliklərini qiymətləndirməkdir.

Yarış zamanı müxtəlif çətinlik səviyyəsində maraqlı suallar təqdim olundu. Bu, həm rəqabət mühiti yaradır, həm də şagirdlərə öz biliklərini tətbiq edərək yeni təcrübələr qazanmaq imkanı verir. Yarışın sonunda qalib komandalar diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi