"Hüquqlarımızı qoruyaq" adlı dəyirmi masa keçirildi.

Məktəbin uşaq birliyi rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı, yay məktəbimizdə aktiv fəaliyyətinə görə seçilən məktəbli təlimçimiz 7a sinif şagirdi Zümrüdün təqdimatında Uşaq hüquqları aylığı çərçivəsində "Hüquqlarımızı qoruyaq" adlı dəyirmi masa keçirildi.

Tədbirin əsas məqsədi şagirdlər arasında hüquq biliklərinin artırılması, onların öz hüquqlarını dərk etməsinə və qorumasına töhfə vermək idi. Dəyirmi masada məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak etdilər. Tədbir zamanı iştirakçılar uşaq hüquqları ilə bağlı qanunvericilik haqqında məlumatlandırıldı, müzakirələr aparıldı və şagirdlərin sualları cavablandırıldı. Şagirdlər arasında aktiv dialoq mühiti yaradıldı. Bu kimi tədbirlər şagirdlərin hüquqi biliklərini artırmaqla yanaşı, onlara öz mövqelərini ifadə etmək imkanı yaradır və məsuliyyət hissini gücləndirir.

Məktəbimizin uşaq birliyi rəhbəri Aynur Qənbərova və 7a sinif şagirdi Zümrüdün təşəbbüsü və zəhməti sayəsində tədbir uğurla başa çatdı. Onların hər birinə minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi