Ətraf mühitin qorunması və təbiətə olan sevgini özündə əks etdirən əsərlərdən ibarət sərgi təşkil olundu.

Bu il, Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində təbiətə və ətraf mühitə olan sevgimizi daha da gücləndirərək, təbiətimizə və gələcək nəsillərə hədiyyə olaraq yaşıl dünya yaratmaq üçün birlikdəyik.
Ekoloji həmrəyliyin bu çağırışı şagirdlərin rəsm və əl işlərində öz əksini tapdı. Məktəb rəhbərliyi, müəllim və şagirdlər uşaqların ətraf mühitin qorunması və təbiətə olan sevgisini özündə əks etdirən əsərlərdən ibarət sərgiyə baxış keçirdilər.