Velodünya mövzusunda təşkilat saatı keçirildi.

Məktəbimizin kimya müəllimi Sevinc Əliyeva 10a sinif şagirdləri ilə "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş tədbirlər planının icrasına əsasən Velodünya mövzusunda təşkilat saatı keçirdi.Təşkilat saatında qonaq qismində velotəlimçi Səhər Mehman iştirak etdi. Səhər xanım şagidlərə şəhər mühitində ekoloji və sağlam bir nəqliyyat vasitəsi olan velosipedin faydalarından danışdı. O, qeyd etdi ki, velosipedlər heç bir yanacaq sərf etmədiyi üçün havaya zərərli qazlar buraxmır və bu da ətraf mühitin qorunmasına kömək edir.
Velosiped sürmək bir şəhərdə ictimai əlaqələri gücləndirə bilər və sağlam həyat tərzini təşviq edir. Velosiped həm ətraf mühitə faydalıdır, həm də insanların fiziki və ruhi sağlamlığına müsbət təsir edir.