Bayraq Günü münasibəti ilə bədii kompozisiya təqdim olundu.

Azərbaycanın Dövlət Bayrağı Günü hər il 9 noyabrda qeyd olunur. Bu gün, Azərbaycan Respublikasının dövlət bayrağına həsr olunub və ölkə miqyasında milli qürur və birlik simvolu kimi əhəmiyyət kəsb edir.
Bayraq Günü 2009-cu ildə elan olunub və bu tarixdən etibarən hər il təntənəli şəkildə qeyd edilir. Bu gün bayrağımızı ucalara qaldırmaq, milli həmrəyliyi vurğulamaq və müstəqilliyimizi bir daha qeyd etmək üçün xüsusi fürsətdir.
Məktəbimizin 8d sinif rəhbəri Əsgərova Elnarə şagirdlərlə birlikdə Bayraq Günü münasibəti ilə bədii kompozisiya təqdim etdilər. Şagirdlər bayrağa həsr olunmuş şeirlər ifa etdi, rəqslər təqdim etdilər.