"Zəfər sevinci" adlı tədbir təşkil olundu.

Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizi və qazilərimizi bir daha ehtiramla yad edirik. 2020-ci ildə əldə etdiyimiz Zəfər, xalqımızın birliyini, gücünü və əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun rəşadəti və xalqımızın dəstəyi ilə 30 ildən sonra Qarabağ torpaqları işğaldan azad edildi.
Bu müqəddəs günü birlikdə qeyd etmək məqsədi ilə məktəbimizin hərbi rəhbəri Səməd Əliyev və müəllim Ləman Bəşirova şagirdlərin iştirakı ilə "Zəfər sevinci" adlı tədbir təşkil olundu. Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndi, mahnı və rəqs ifa olundu.
Tədbirin sonunda kimya müəllimi Sevinc Əliyevanın dəstəyi ilə turşu və əsasların indikatorun təsirdindən rəng dəyişməsi reaksiyasının nəticəsində bayrağın rənglərinin alınması şagirdlər tərəfindən müşahidə olundu.
Bu şanlı tarix bizim üçün hər zaman bir qürur mənbəyi olacaq. Yaşasın müstəqil və güclü Azərbaycan!