"Yaşıl dünyamızı qoruyaq " adlı bədii kompozisiya təşkil olundu.

Ümumitəhsil məktəblərində " Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam edir. Məktəbimizin 8e sinif rəhbəri Xatirə Əliyeva şagirdlərlə birlikdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində hazırlanmış tədbirlər planının icrasına əsasən "Yaşıl dünyamızı qoruyaq " adlı bədii kompozisiya hazırladılar. Şagirdlər təbiətin bizə bəxş etdiyi nemətlərin, ətraf mühitin qorunmasından danışdı, şeirlər söylədi, mahnı ifa etdi. Tədbirin sonunda məktəbin direktoru N.Z.Bayramova şagirdləri hər zaman Yaşıl dünyamızı qorumaq naminə həmrəy olmağa səsləyərək onlara və sinif rəhbərinə təşəkkür etdi.