Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Üçrəngli şanlı bayrağım” mövzusunda elan etdiyi bədii qiraət müsabiqəsinə yekun vurulub.

Oktyabr ayının 30-da Xətai rayonunda Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Üçrəngli şanlı bayrağım” mövzusunda elan etdiyi bədii qiraət müsabiqəsinə yekun vurulub. Dövlət Bayrağı Gününə həsr olunan və iki yaş qrupu üzrə keçirilən yarışmanın ikinci mərhələsində rayonun ümumtəhsil məktəblərində təhsil alan 60-dək şagird iştirak edib. Məktəbin 3a sinif şagirdi Dəniz və 8 d sinif şagirdi Əfsanədə o şagirdlər içərisində idi.
Tanınmış mədəniyyət və incəsənət xadimləri, müəllimlər, ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunub.
Yaxın günlərdə hər yaş qrupu üzrə I, II, III yerlərin qalibləri və həvəsləndirici yerlərə layiq görülmüş iştirakçılar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.