Məktəbin psixoloqu Nərgiz Quliyeva şagirdlərlə görüş keçirdi.

Məktəb, şagirdlərin özünü psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri yer hesab edilir. Təhlükəsizliyin təmin olunması ilə bağlı məktəblərdə maarifləndirici seminarlar keçirilir. Bu məqsədlə məktəbin psixoloqu Nərgiz Quliyeva şagirdlərlə görüş keçirdi. O, psixoloji, onlayn təhlükəsizlikdən, bu qaydaları pozan və buna məruz qalanlardan danışdı. Şagirdlərlə müəyyən psixoloji test etdi.