Tədris ilinin ilk pedaqoji şura iclası keçirildi.

Tədris ilinin ilk pedaqoji şura iclası keçirildi. İclası məktəbin direktoru N.Z.Bayramova giriş sözü ilə açaraq pedaqoji heyəti salamladı, ardınca 2023-2024-cü tədris ilində görülmüş işlər və onların nəticələri, qarşıda duran məsələlər, həmçinin Elm və Təhsil Nazirliyinin müvafiq təlimat və tövsiyələri ilə kollektiv üzvlərini tanış etdi, eyni zamanda 16 sentyabr tarixində ilk dərslərin "Yaşıl Dünya naminə həmrəylik" ilinə həsr olunmasını müəllimlərin diqqətinə çatdırdı.Təlim-tərbiyə işləri üzrə direktor müavini Muradova Şəhla 2023-2024-cü tədris ilində buraxılış siniflərinin təlim nəticələrini əvvəlki illərlə müqayisəli şəkildə məruzə etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Fəxriyyə metodbirləşmə rəhbərlərinin fəaliyyəti barədə danışdı. İclasda təşkilatçı Məmmədova Firuzə, UBTR Qənbərova Aynur, hərbi rəhbər Əliyev Səməd və kitabxana müdiri Qasımova Maya da çıxış etdi.

Direktor çalışmanın yaş həddinə çatmış müəllimlərin pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək onlara təşəkkür etdi, həyatlarına sağlam və gümrah şəkildə davam etmələrini arzuladı. Bununla yanaşı məktəbə yeni təyin olunmuş gənc müəllimləri kollektivə təqdim edərək onlara uğurlar dilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi