Hərflərin sərgüzəştləri

“Əlifba bayramı” hər bir uşağın həyatında əlamətdar bir hadisədir. Birincilər bu gün həyatda ən vacib addımlardan birini atdılar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar.Martın 1-də 1a sinfi "Hərflərin sərgüzəştləri" adlı tədbir hazırladı.Biz birincilərin birinci dəfə səhnədə tamaşaçılar qarşısında çıxışlarının şahidi olduq.Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər. Bizə şagirdlərin böyük auditoriya qarşısında çıxışına tamaşa etmək çox xoş idi.Onlar müxtəlif mahnılar oxuyur, şeirlər söyləyir, rəqs edirdilər.Tədbir akt zalında keçirildi.Səhnənin gözəl bəzədilməsi, zalın bədii tərtibatı, kompüter effektləri ciddi hazırlıq işlərinin aparılmasından xəbər verirdi.Məktəbimizin rəhbəri N.Z.Bayramova şagirdlərin çıxışlarını yüksək qiymətləndirdi və onlara uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi