Od çərşənbəsi

Novruzun öz qədəmləri ilə yurdumuza ayaq basmasına artıq bir neçə gün qalıb.Baharın gəlişi məktəbimizdə də böyük coşqu ilə qeyd edilir.Bu münasibətlə 28.02.2017-ci il tarixində məktəbdə ikinci çərşənbə olan od çərşənbəsi qeyd olundu.Məktəbin həyətində tonqal qalandı,müəllim və şagirdlər tonqal ətrafına toplaşdılar.Məktəbin direktoru Nurqələm xanımın çıxışı ilə başlayan şənlik şagirdlərin birlik və bərabərlik rəmzi olan yallı rəqs etmələri ilə daha da canlandı.Novruzun gözəlliyi də elə onun insanları bir araya toplaması,küsülülərin barışması,sevincin,sevginin və dostluğun ən yüksək şəkildə yaşadılmasıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi