"Əlvida ibtidai sinif" adlı buraxılış tədbiri keçirildi.

Məktəbimizin ibtidai sinif müəllimi Baqişeva Aysel 4-cü sinif şagirdləri ilə "Əlvida ibtidai sinif" adlı buraxılış tədbiri keçirdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlərin ifasında mahnılar səsləndi, rəqslər nümayiş olundu. Dördüncülərin Azərbaycan filmlərindən canlandırdığı səhnələr alqışla qarşılandı.Tədbirin sonunda məktəbin direktoru Nurqələm xanım Bayramova şagirdləri və müəllimlərini ürəkdən təbrik etdi, onlara uğurlar arzuladı.

#ElmvəTəhsilNazirliyi

#BŞTİ

#Məktəb263

#Əlvidaibtidaisinif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi