1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Qalib ölkənin xoşbəxt uşaqlarıyıq" adlı bədii kompozisiya təqdim olundu.

Məktəbimizin ibtidai sinif müəllimi Turac Ələsgərovanın rəhbərliyi ilə 1e sinif şagirdləri 31.05.2024 tarixində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Qalib ölkənin xoşbəxt uşaqlarıyıq" adlı bədii kompozisiya hazırladı. Azərbaycan Dövlət Himnini səsləndirməklə tədbirə başlayan uşaqlar mahnılar oxudu, "Qırmızı papaq" nağılını səhnələşdirdi, 1e sinifinin igidləri "Dəmir yumruq" rəqsini nümayiş etdirdi. Balacaların təqdim etdiyi "Meyvələrin söhbəti" də alqışlarla qarşılandı. Uşaqların bayram sevincinə qoşulan məktəb rəhbərliyi onların bu istedadını yüksək qiymətləndirərək müəllimlərinə təşəkkür etdi, şagirdləri təbrik edərək onlara xoş arzularını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi