1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Bölgələrdə uşaq sevinci" adlı tədbir keçirildi.

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Bugün həyatımızın mənası, gözəlliyi, dünyanın sevinci, xoşbəxtliyi olan bütün uşaqların bayramıdır!. Bu möhtəşəm gün münasibətilə məktəbin Uşaq birliyi təşkilatı rəhbəri  Aynur Qənbərova "Bölgələrdə uşaq sevinci" adlı tədbir keçirdi. Tədbir məktəbin direktoru Nurqələm xanım Bayramovanın çıxışı ilə başladı. O, uşaqları təbrik edib, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan danışdı. Tədbirə aparıcılıq edən Həcər və Səidin təqdimatında məktəbin 5 yaşlı şagirdləri Nilufər və Mələyin çıxışı, məktəbin xor kollektivinin ifası, balaca Sərxanın fərqli musiqi töhfəsi, gözəl Mədinənin atası ilə rəqs nümunəsi hər kəsdə xoş təəssüratlar yaratdı. Tədbirin ən maraqlı məqamı isə “xaricdən gələn qonaqlarımızı”  Azərbaycanın dilbər guşələri ilə Qarabağ, Göyçə mahalı, Naxçıvan, Cənub bölgəsi, Gəncə, Şamaxı, Şəki və doğma şəhərimiz olan Bakı şəhəri ilə yaxından tanış etmək oldu.

Əziz balalar Beynəlxalq Uşaqlar Gününüz mübarək!

#ElmvəTəhsilNazirliyi #BakıTəhsilİdarəsi #BakuEduAz #EduAz #MUTDA #şagird #məktəb #263nömrəliməktəb

#1İyun #UşaqlarınMüdafiəsiGünü #xoşbəxtgələcəyədoğru

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi