28 May Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil olundu.

A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin tarix müəllimi Aqil Qazi 27.05.2024 tarixində 8a və 9ç sinif şagirdləri ilə birlikdə 28 May Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil etdi.Dəyirmi masada 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında ətraflı məlumatlar verildi.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət olması qeyd olundu. Müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etməsi barədə söhbət aparıldı. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratikləşmə, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınmasını, Azərbaycanın bütövlüyünün təmin edilməsini, iqtisadi islahatları müstəqil Azərbaycan Cümhuriyyətinin təmin etməsi haqqında fikirlər paylaşıldı.