Xətai rayonunda Möhtəşəm "Gül bayramı"

HƏR İL OLDUĞU KİMİ XƏTAİ RAYONUNDA MÖHTƏŞƏM " GÜL BAYRAMI" BÖYUK HƏVƏS VƏ SEVGİ İLƏ TƏŞKİL OLUNMUŞDUR.09.05.2015-ci il tarixində Xətai rayonun Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi münasibətilə təşkil olunmuş Gül bayramı keçirildi.Bu bayramda 263 N-li məktəbin kollektividə yaxındam iştirak etdilər. Əvvəlcə parkda Ulu Öndərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə tər çiçək dəstələri düzüldü. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun, Milli Məclisin deputatlarının qardaş Türkiyə, Belarus Respublikalarından, Yaponiyadan gəlmiş qonaqların, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi Gül bayramını yeddi mindən çox rayon sakini izləyib. Onlar yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgiyə maraqla tamaşa ediblər.Burada rayonun 15 səhiyyə obyekti, 38 orta məktəb, internat evləri, 47 uşaq bağçası və məktəbdənkənar təhsil müəssisəsi şagirdlərinin iki mindən çox əl işi, o cümlədən rəsm əsərləri, rəngkarlıq, qrafika, heykəltəraşlıq, xalçaçılıq nümunələri, həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlər nümayiş olunub. Gözəl güllərdən, bitki və yarpaqlardan, otlardan hazırlanan rəngarəng kompozisiyalar gözoxşayan görünüşü, bədii ifadəliyi və estetik məzmunu ilə diqqəti cəlb edib. Bakı Şəhər İcra Hakimiyyətinin qiymətləndirmə üzrə komissiyası tərəfindən yaradıcı yanaşma, ən yaxşı gül-çiçək kompozisiyası, dekorativ gül rəsmi, tətbiqi sənət nümunəsi, ən gözəl gül geyimi, müəllif fotosunun müəllifi müəyyənləşdirilərək mükafatlandırılıb. Ukrayna Meydanı ətrafındakı binaların fasadlarından asılmış Azərbaycan Bayrağı, Ulu Öndərin və Möhtərəm Prezidentin möhtəşəm portretləri tədbirə xüsusi gözəllik verirdi. Tədbirdə Gül bayramını, Ulu Öndərin 92-ci il dönümünü, Qələbə gününün 70 illik ildönümünü əks etdirən yaradıcılıq nümunələrimiz göz oxşayaraq məktəbimizi təmsil edirdi.Belə ki məktəbimizin ,"Əmək" müəllimlərinin və şagirdlərin qeyri- adi əl işləri hər kəsi heyran etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi