Azərbaycan xalq nağılı “Cırtdan” şagirdlər tərəfindən səhnələşdirdi.

Nağıl şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış janrıdır. Hər yaş qrupuna məxsus insanların zövqünü və marağını oxşayır. Əsrlər boyu şifahi formada nəsildən nəslə ötürülmüş və yalnız 20- ci əsrin əvvəllərində yazılı şəkildə qeydə alınmışdır.  Azərbaycan nağılları nəsihətverici xarakter daşıyır, bəzən mifik xarakterlər və fantastik elementlərlə zəngin olur. Uşaqlar nağılları dinlədikdə, sanki sehrli aləmə düşür, özlərini nağıl qəhrəmanı kimi hiss edirlər. Nağıllardan istifadə etmək şagirdlərin dünyagörüşünü genişləndirir, nitqini, təfəkkürünü, yaradıcı fantaziyasını inkişaf etdirir, yaddaşını və təxəyyülünü gücləndirir. Məhz bu səbəbdən məktəbimizin 1c sinif müəllimi Məmmədova Ceyran 17 may 2024-cü il  tarixində şagirdlərlə Azərbaycan xalq nağılı “Cırtdan”ı səhnələşdirdi. Uşaqların çıxışı məktəb rəhbərliyi və valideynlər tərəfindən alqışla qarşılandı. Məktəbin direktoru şagirdlərin inkişafında, mənəviyyatının zənginləşdirilməsində nağılların rolunu xüsusi vurğulayaraq onlara təşəkkür etdi.

#MƏKTƏB263

#BakıŞəhərTəhsilİdarəsi

#MÜTDA

#ElmvəTəhsilNazirliyi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi