“Narkomaniyaya yox deyək” adlı dəyirmi masa təşkil edildi.

Məktəbimizin biologiya müəllimi Bağmanova Esmira 9b sinfi ilə “Narkomaniyaya yox deyək” adlı dəyirmi masa təşkil etdi. Dəyirmi masada narkomaniya ilə bağlı şagirdlərin təqdimatı dinlənildi, videoçarx izlənildi. Şagirdlər narkomaniya ilə necə mübarizə aparmaq mövzusunda öz fikirlərini söylədi, qonaq qismində iştirak edən rəhbərlik tərəfindən verilən sualları cavablandırdılar.
Sonda məktəb direktoru belə maraqlı dəyirmi masa təşkil etdiyinə görə Esmira müəlliməyə təşəkkür etdi.