"Gələcəyimizi birlikdə qoruyaq!" adlı tədbir keçirildi.

26.04.2024-cü il tarixində "Gələcəyimizi birlikdə qoruyaq!" adlı tədbir keçirildi. Tədbirdə Bakı şəhəri Xətai rayonu Baş Polis İdarəsinin rəisi polis polkovniki Vaqif Müslümov, Xətai rayon Polis idarəsinin şəxsi heyət üzrə rəis müavini polis polkovnik-leytenantı İdris Məhərrəmov, YYÇPİT bölməsinin rəisi Tural Şahbazov, Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyə xanım, Bakı Şəhəri Narkoloji Mərkəzinin həkim-narkoloqu Vəfa Əliyeva və idarənin digər əməkdaşları, o cümlədən məktəb rəhbərliyi, müəllimlər və IX-X-XI sinif şagirdləri iştirak edirdi. Çıxış edənlər zərərli vərdişlərin törətdiyi fəsadlar barəsində geniş məlumat verərək şagirdlərə belə vərdişlərin gələcəkləri üçün nə qədər təhlükəli olduğunu bildirdilər. Eyni zamanda çıxışlarda düzgün davranış qaydaları, gənc nəslin təlim-tərbiyyəsi ilə bağlı tövsiyyələr verildi. Tədbirdə sağlam və düzgün həyat tərzinin təbliğinə əsaslanan videoçarxlar nümayiş etdirildi.