Məktəbin adını daşıyan şəhid Allahverdi Sabir oğlu Xəlilovun anım günü qeyd edilib.

Məktəbin adını daşıyan şəhid Allahverdi Sabir oğlu Xəlilovun anım günü qeyd edilib.

24.04.2024-cü il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin adını daşıyan şəhid Allahverdi Sabir oğlu Xəlilovun anım günü qeyd edilib. Məktəbin UBTR-i Aynur Qənbərovanın təşkilatçılığı ilə məktəbin ibtidai sinif müəllimi Səmiyyəxanım İbrahimova və 3 b sinif şagirdləri ilə birlikdə keçirilən tədbir də əvvəlcə Ulu Öndər H.Əliyevin və canını vətən uğrunda qurban vermiş bütün şəhidlərin, o cümlədən ölümünün 30 ili qeyd olunan şəhid A.S.Xəlilovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Azərbaycan Dövlət himni səsləndirildi.

Tədbiri ilk çıxış sözü ilə məktəbin direktoru Nurqələm xanım Bayramova açıq elan etdi. O öz çıxışında şəhidlərimiz, dövlətimiz, 44 günlük Vətən müharibəsi, cənab Prezidentimizin Zəfəri haqqında məlumatlar verdi. İbtidai sinif müəllimi Sarıtel Quliyeva da şəhidimiz haqqında öz xatirələrini bölüşdü.Tədbirdə iştirak edən şəhidin anası Sahibə xanım və bacıları

çıxış edərək Allahverdi ilə bağlı xoş xatirələrini bölüşdülər, onun vətənpərvər, mərd, vətənini sevən gənc olmasından söz açaraq tədbirin təşkil edilməsində əməyi keçənlərə öz təşəkkürlərini bildirdilər. Daha sonra şagirdlərin çıxışları dinlənildi.

Məktəb rəhbərliyi, 3b sinif şagirdləri, sinif müəllimi, valideynlər və şəhidin ailə üzvləri birlikdə şəhidin məzarını ziyarət etmiş və məzarı üstünə qərənfillər düzülərək şəhidimizin ruhu ehtiramla yad edilmişdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi