Xocalıya ədalət,düşmənə nifrət

24 fevralda Məktəbin 4c sinif rəhbəri Rəhimova Fəxrəndə öz sinfi ilə birlikdə "Xocalıya ədalət,düşmənə nifrət" adlı tədbir təşkil etdi.Dövlət himninin səslənməsi ilə başlayan tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirin davamında məktəblilər Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.Kompozisiya Xocalı faciəsinin dəhşətlərindən,vəhşi ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən bəhs edirdi.Şagirdlər kiçik yaşlı olmağına baxmayaraq Xocalı faciəsinin əzab-əziyyətlərini real faktlarla tamaşaçılara çatdırdılar.Məktəbin rəhbəri Nurqələm xanım da tədbiri çox bəyəndi.Şagirdlərə minnətdarlığını bildirdi və bu tədbirdə əməyi keçən müəllim və şagirdləri fəxri fərmanla təltif etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi