“Zərərli vərdişlərə yox deyək!”  layihəsi çərçivəsində ”Narkomaniya nədir?” mövzusunda maarifləndirici seminar keçirildi.

“Zərərli vərdişlərə yox deyək!”  layihəsi çərçivəsində 5 mart 2024-cü il tarixində məktəbin psixoloqu Zeyniyeva Gülşən və həkim Ömərova Ramilə IX, X, XI sinif şagirdləri ilə

”Narkomaniya nədir?” mövzusunda maarifləndirici seminar keçirdilər. Sağlam mühit və sağlam gələcək yaratmaq məqsədi ilə həyata keçirilən əsas istiqamətlərdən biri narkomaniyanın qarşısının alınmasıdır. Buna görə də ətrafımızda və cəmiyyətdə sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə prafilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan həyatının ən vacib amili sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq da nəzərdə tutulur, düzgün qidalanmaq, iş və asudə vaxtını səmərəli təşkil etmək, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir vermək lazımdır. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi