Ulu öndər Heydər Əliyev və Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir.

Ulu öndər Heydər Əliyev və Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar məktəbdə təşkil olunmuş yüksək səviyyədə keçmişdir. Tədbirdə bir çox qonaqlar iştirak etmişdir.Qonaqlarımız "Gənc Heydərçilər " cəmiyyətin sədri Nailə Mehdiyeva və Sarabəyim Sadıqzadə sədr müavini, "Təhsil Problemi " qəzetinin müxbiri İlham Hüseynov tədbir iştirakçılarından çox razı qalmışdılar. Məktəbin direktoru Nəsimi Abbasov dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən söhbət açmışdır. O, görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin əhəmiyyətindən danışaraq rəhbərlik etdiyi təhsil ocağında şagirdlərin Ulu Öndərin həyat və fəaliyyətinə böyük maraq göstərdiklərini vurğulamışdır.Digər çıxış edənlər də Azərbaycanın tərəqqi və inkişafının məhz fenomen şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişlər.Sonda şagirdlər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir və mahnılar səsləndirmişlər. Məktəb rəhbərliyi iştirakçıları fəxri fərmanlarla mükafatlandırmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi