Məktəbin 11-ci sinif şagirdləri ilə görüş təşkil olundu.

Keyfiyyətli təhsilin əsas formalarından biri də sağlam psixoloji mühitin yaradılmasıdır. 11-ci siniflərin imtahan prosesində həvəsli şəkildə iştirakını təmin etmək üçün məktəbin direktoru Nurqələm xanım Bayramova, təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Muradova və psixoloq Gülşən Zeyniyeva tərəfindən stimullaşdırıcı addım atmaq məqsədi ilə həmin şagirdlərlə görüş keçirildi. Görüşün sonunda imtahan stressini aradan qaldırmaq üçün "Stressin idarə olunması" mövzusunda videoçarx təqdim olundu.