Məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedoqoji Şura iclası keçirildi.

Məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedoqoji Şura iclası keçirildi. Pedoqoji Şura iclasında məktəbin direktoru Nurqələm Bayramova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Şəhla Muradova, Fəxriyyə Babayeva, tərbiyə işləri üzrə direktor müavini Firuzə Məmmədova, kitabxana müdiri, UBTR və müəllimlər iştirak etdilər. İclasda I yarımilin yekunları müzakirə edildi, buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Bununla yanaşı 2023/2024-cü tədris ilinin I yarımilində məktəb və şagirdlərin qazandığı nailiyyətlər pedoqoji heyətin nəzərinə çatdırıldı. Həmçinin növbəti fənn aylıqları ilə əlaqədar olaraq tədbirlər planı müzakirə edildi. 2023/2024- cü tədris ilində IX və XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanına hazırlıq, şagirdlərin respublika fənn olimpiadalarının final turuna hazırlıq və digər məsələlər müzakirə edildi.

Pedoqoji Şurada həmçinin Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən Azərbaycan dili fənnindən keçirilən monitorinqin nəticələri ibtidai sinif və Azərbaycan dili müəllimləri ilə müzakirə edildi. Şagirdlərin nəticələri və siniflər üzrə reytinq cədvəli müəyyənləşdirildi. Müəllimlərə bu istiqamətdə tapşırıqlar verildi. Pedoqoji Şura II yarımildə təlim-tərbiyə prosesini daha mütəşəkkil təşkil etmək üçün qərar qəbul etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi