Məktəbin məzunu şəhid İsmiyev Zeynalın adı 5 d sinfinə verildi.

Məktəbin direktoru N.Z.Bayramovanın təşəbbüsü ilə məzunumuz şəhid İsmiyev Zeynalın adı 5 d sinfinə verildi. Bu səbəbdən də 5d sinif şagirdləri bədii kompozisiya hazırlamışdırlar. Kompozisiya şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, şeirlər söylənildi, şəhidin qısa sürən ömrünü özündə əks etdirən videoçarx izlənildi. Şagirdlər bu adın məhz onların sinfinə layiq görüldüyünə görə məktəb rəhbərliyinə təşəkkür etdilər. Direktor şəhidin adı olan döş nişanlarını şagirdlərə təqdim etdi və onlara bu adı layiqincə daşımağı arzuladı.

Şəhidlərin adlarını daim yaşatmaq, onların xatirəsini əziz tutmaq ən müqəddəs amalımızdır. Sinif otaqlarına şəhid adlarının verilməsi də məhz bu amala xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi