Məktəblilərin Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil edilib.

Məktəbimizin 5 b sinif rəhbəri Ağayeva Nəzakət  şagirdlərlə birlikdə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya etmişdir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur. Qoruqda həmçinin muzey də fəaliyyət göstərir. Məktəblilər ekskursiya zamanı tarixi qoruqla tanış olmuş və tarixi biliklərini daha da artırmışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi