Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bilik yarışı” keçirildi.

Məktəbin fəaliyyət planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bilik yarışı” keçirildi. Paralel siniflər arasında keçirilən yarışda hər sinifdən təlim nəticəsi yüksək olan 5 nəfər şagird iştirak etdi. Məqsəd şagirdlər arasında rəqabəti gücləndirmək, istedadlı şagirdləri aşkar etməkdir. Qalib siniflər məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.