Şagirdlərimiz "PAYIZ KUBOKU-2023" yeniyetmələr arasında keçirilən şahmat üzrə təsnifat yarışında iştirak ediblər.

A.S.Xəlilov adina 263 nömrəli tam orta məktəbin 5D sinif şagirdləri Kazımzadə Gülər və Ələsgərli Amin "PAYIZ KUBOKU-2023" yeniyetmələr arasında keçirilən şahmat üzrə təsnifat yarışında fəal iştirak edərək IV dərəcə normativini ödədikləri üçün diplomla təltif olunmuşlar. Bu münasibətlə məktəbimizin direktoru Nurqələm xanım Bayramova uşaqları təbrik etdi və onlara uğurlar arzuladı.