Məktəbin hərbi otağında “Zəfər dərsi” keçirildi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 sentyabr 2021-ci  il tarixli F-429 nömrəli əmri ilə təsdiq edilmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü”  ilə bağlı məktəbimizin tədbirlər planına əsasən “Əməkdaş müəllim” layihəsi çərçivəsində 06 noyabr 2023-cü il tarixində təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Muradovanın ideyası ilə məktəbin hərbi otağında tarix müəllimi Qazi Aqil və çağırışaqədərki hazırlıq müəllimi Əliyev Səməd tərəfindən “Zəfər dərsi” keçirildi. Dərs Aqil müəllimin “ 44 Günlük Zəfər Salnaməsi”  ilə  başlanıldı. Səməd müəllim qürurverici müharibədə istifadə olunan döyüş texnikası haqqında şagirdlərə məlumat verdi.  “Zəfər dərsi” nə qonaq qismində dəvət olunan qazi valideynimiz Şirin Alıyev Fizuli yaxınlığında gedən döyüşlərdəki xatirələrindən danışdı. Sonda məktəbimizin direktoru N.Z.Bayramova Ümummilli liderimiz H.Əliyevin layiqli davamçısı, Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində əldə etdiyimiz qələbəmizdən bəhs edərək şagirdlərimizə vətənpərvərlik hisslərini aşıladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi