Pis vərdişlərə və narkomaniyaya yox deyək

Fevralın 3-ündə məktəbdə "Pis vərdişlərə və narkomaniyaya yox deyək" mövzusunda geniş tədbir keçirildi.Keçirilən tədbirdə Xətai rayon Polis İdarəsinin rəisi,polis polkovniki Muradəli Babayev,Xətai rayon Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi polis polkovnik-leytenantı İdris Məhərrəmov,Narkoloji dispanserin həkimi Bilal Əsədov,Veteranlar şurasının sədr müavini Adil Osmanov,Xətai RPi-nin İctimai Təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşları Günel Həsənova,Məhəmməd Hüseynov və məktəb rəhbərliyinin iştirakı ilə məktəbin 9-11-ci sinif şagirdləri ilə pis vərdişlərə və narkomaniyaya dair geniş söhbət aparıldı.Məktəbin direktoru N.Z.Bayramova tədbirdə iştirak edən əməkdaşlara öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi