15 Sentyabr "Bilik Günü"

2023/2024-cü tədris ilinin başlanması münasibətilə 15.09.2023-cü il tarixində Bakı şəhəri Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə "Bilik Günü" tədbiri keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə torpağımız uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Nurqələm xanım Bayramova, müəllimləri, şagirdləri, valideynləri təbrik etdi və yeni tədris ilində hər kəsə bol uğurlar arzuladı.
Tədbirdə qonaq qismində iştirak edən Xətai Rayon İcra Hakimiyyəti nümayəndəliyinin əməkdaşı aparıcı mütəxəssis Leyla xanım Maqsudova məktəb kollektivini və şagirdləri rəhbərlik adından təbrik etdi.
#SalamMəktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi