Həmrəyliyimiz,birliyimizdir

263 nömrəli tam orta məktəbdə kollektivimizin, Xətai Rayon İcra Hakimiyyəti və Heydər Əliyev adına Ali Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Həmrəyliyimiz, birliyimizdir"adlı tədbir keçirildi.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyev və Vətənin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nurqələm xanım Bayramova Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O öz çıxışında bildirdi ki, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyası Heydər Əliyevin xalqına, vətəninə göstərdiyi möhtəşəm tarixi xidmətlərdən biridir və bu möhtəşəm siyasəti Ulu Öndərimizin davamçısı, qələbələri ilə tarix yazan sərkərdəmiz İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir.

Rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev və H. Əliyev adına Hərbi İnstitutun rəis müavini, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov Dünya Azərbaycanlılarını bir arada birləşdirən Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın rifahı üçün həyata keçirdikləri siyasətdən, Böyük Zəfərdən danışdılar.

Sonra məktəbimizin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiyalar, şeirlər və H. Əliyev adına Ali Hərbi İnstitutun Hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları səsləndirildi. Bu tədbir həm məktəb, həm də iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi