Mən və mənim əhatəm

13.04.2023-cü il tarixində məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Firuzə Məmmədova,məktəbin tibb bacısı Şərafət Məmmədova və həkim Vəfa xanım tərəfindən Vlll, lX siniflərdə təhsil alan qız şagirdlər üçün "Reproduktiv sağlamlıq" mövzusunda seminar keçirilmişdir.

Seminarda məktəbin psixoloqu Gülşən Zeyniyeva, Ubr Aynur Qənbərova da iştirak etdilər.

Seminarda müzakirə olunan mövzular:

1.Reproduktiv sağlamlıq nədir?

2.Mən və mənim əhatəm.

3.Erkən nigah və qohum evliliyi

4.Gigiyena və düzgün qidalanma

Yuxarıda adları qeyd olunan mövzular üzrə ayrı-ayrılıqda müzakirələrə geniş yer verildi. Şagirdlərə gigiyenanın, sağlamlığın ilkin şərtlərdən biri olduğu, özünün və cəmiyyətin sağlamlığı üçün gigiyenik qaydalara hər zaman riayət edilməsinin vacibliyi qeyd olunur. İnsanın bir fərd kimi yetişməsində mühitin nə dərəcədə önəmli olduğu müzakirə olundu. Şagirdlərimiz seminarın çox faydalı olduğunu və belə maarifləndirici seminarların tez-tez keçirilməsini dəstəklədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi