Reproduktiv sağlamlıq

Reproduktiv sağlamlıq.

Yeniyetməlik yaşları və bu dövrdə məktəblilərlə düzgün iş formaları və istiqamətləri seçmək zamanı unutmaq olmaz ki, bu dövr insan həyatının ən böhranlı çağlarıdır.Psixoloqlar tərəfindən yeni böhran onun xarakteri və əhəmiyyəti,baş vermə səbəbləri müxtəlif şəkildə başa düşülür.Çox tədqiqatçılar bu dövrün cəmiyyətin bütövlükdə yeniyetmələrə düzgün olmayan münasibəti kimi izah olunur.Şəxsiyyət yeni yaş mərhələsində qarşısında duran problemləri sadəcə olaraq həll etməkdə çətinlik çəkir.Bu inkişaf mərhələsinin yeniyetmələr tərəfindən nisbətən sakit keçirilməsi “böhransız” nəzəriyyələrin irəli sürülməsinə səbəb olmuşdur.

Yeniyetməlik dövrü valideynlər üçün ən narahat dövrlərdən biridir.

Yeniyetməlik dövrü ailənin ona yanaşma tərzindən çox asılıdır, bu mənada valideynlərin maariflənməsi vacib və aktual məsələdir. Yeniyetməlik dövründə yaranmış bir sıra psixi problemlər, o cümlədən özünəinamsızlıq, özünəqapanma halları, sosial fobia gələcək illərdə geri dönüşü olmayan böyük psixoloji travmalara aparıb çıxarır.

Bütün bu məqamlar nəzərə alınaraq məktəbimizin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Firuzə Məmmədova bir qrup yeniyetmələr ilə yaş xüsusiyyətləri, reproduktiv sağlamlıq, şəxsi gigiyena qaydaları, yeniyetməlik böhranı haqqında söhbət apardı. Şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi