Müəllimin uğuru

Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə müəllimlərin peşəkar inkişafını dəstəkləyən British Council/Britaniya Şurasının Onlayn Müəllim İcması (OTC) Platforması vasitəsilə peşəkar inkişaf proqramı həyata keçirilmişdir.
Qeyd edək ki, proqram ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş 42 akademik saatlıq davamlı peşəkar inkişaf (DPİ) proqramıdır.Məktəbimizin ingilis dili müəllimi Xeyransa Orucova bu proqramı müvəffəqiyyətlə bitirmişdir.Uğurlarınız bol olsun.