Peşəyönümü xidmətinin təşkili

Məktəb illəri şagirdlərin peşə seçimi üçün vacib dövr hesab edilir. Onlar bu dövrdə seçdikləri peşə haqqında qərar verirlər. Bu gün şagirdləri peşəyə hazırlamaq və iş həyatı ilə məktəb arasındakı əlaqələri sıxlaşdırmaq təhsilin qarşısında duran vəzifələrdən biridir. Buna görə də A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə peşəyönümü xidmətinin təşkilinə xüsusi diqqət göstərilir. Məktəbin texnologiya müəllimi Aydan Sadıqova peşə təlimi üzrə koordinator seçilmişdir. O, şagirdlərlə, valideynərlə, müəllimlərlə, sinif rəhbərləri ilə onlayn və əyani görüşlər keçirtdi. Bunun nəticəsində sinif rəhbərləri öz sinifləri ilə müxtəlif peşələri özündə əks etdirən məkanlara ekskursiya təşkil etdilər. Şagirdlər “Suraxanı” gəmi-muzeyinə, ebru sənəti, dulusçuluq və başqa peşələrlə bağlı yerlərə getdilər.

Aydan Sadıqovanın təşkilatçılığı və məktəbin psixoloqu Gülşən Zeyniyevanın köməkliyi ilə peşəyönümünün təşkilinə dair “Maraqlar və meyillər” sorğu anketi təşkil olundu və şagirdlər tərəfindən işlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi