“Müqəddəsdir mənim dilim” adlı şeir müsabiqəsi

Məktəbin direktor müavini Firuzə Məmmədovanın təşkilatçılığı ilə 21 Fevral Ana Dili Günü ilə əlaqədar “Müqəddəsdir mənim dilim” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə 6-cı sinif şagirdləri dilimizə həsr olunmuş şeirlər səsləndirdilər. İntonasiya, orfoepiya qaydaları nəzərə alınaraq fərqlənən şagirdlər müəyyən edildi və diplomla təltif olundular.