20 Yanvar faciəsinin 32-ci ildönümü

A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş dərslər, “Dəyirmi masa”lar təşkil olundu. Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan həmin dərslərdə bu tarix haqqında ətraflı məlumat verildi. Şagirdlər Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər səsləndirdilər.

Məktəbin UBTR Aynur Qənbərovanın təşkilatçılığı ilə “Qəhrəmanlıq salnaməmiz” adlı rəsm, əl işi, inşa müsabiqələri keçirildi, videoçarxlar hazırlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi