Məzunlarla görüş və mükafatın təqdim olunması

06 sentyabr 2016-cı il tarixində Xətai rayon İcra Hakimiyyətində Xətai Rayonu İcra Hakimiyyətinin başçısı Razim Məmmədov. Milli Məclisin deputatı Hüseynbala Mirələmov və Fuad Muradovla Xətai rayonu üzrə 2015-2016-cı tədris ilində məktəbi bitirmiş və ali məktəblərə qəbul zamanı 650 baldan yuxarı nəticə göstərən məzunlarla görüş keçirilmişdir. Rayon İcra Hakimiyyətnin başçısı və deputatlar yüksək nəticə göstərmiş məzunları təbrik etmiş. onlara müvəffəqiyyətlər arzulamış və qiymətli hədiyyələrlə mükafatlandırmışlar. Qeyd edək ki. A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin 3 nəfər şagirdi 600 baldan çox bal toplamışdır. Onlardan 1 nəfər - Nəsibov Allahverdi Rüfət oğlu 686 bal topladığı üçün həmin tədbirdə iştirak etmiş və mükafatlandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi