15 Sentyabr "Bilik günü"

Respublikanın bütün rayon və şəhər məktəblərində olduğu kimi Xətai rayon A.S.Xəlilov adına 263 N-li tam orta məktəbdə də ilk dərs günü "Bilik günü "kimi qeyd edildi.Hər il olduğu kimi bu il də şagirdlər vəmüəllim heyəti ilk dərs gününü çox həvəs və sevinclə qarşıladılar.Məktəb direktoru N.Q.Abbasov öz çıxışında məktəbin uğurlarından, məzunların yüksək bal toplayaraq, respublikanın bir çox öndə gedən ali məktəblərinə daxil olmasından fərəhlə danışdı.Bundan başqa, ilk dərs günündə birincilər xüsusilə seçilirdi.Birincilər və onların valideynləri üçün bu ikiqat bayram idi.Məktəbin sinif müəllimləri öz çıxışları ilə hamını təbrik etdilər,onlara uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi