"Zəfər sənindir, Azərbaycan!" adlı tədbir keçirildi

Məktəbin tarix müəllimi Nigar Rəhimova, Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Qasımlı, UBTR Aynur Qənbərovanın təşkilatçılığı və 6d, 6e siniflərinin iştirakı ilə "Zəfər sənindir, Azərbaycan!" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra isə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər tarixi zəfərə həsr olunmuş şeirlər səsləndirdilər, mahnı ifa etdilər, müxtəlif səhnəciklər nümayiş etdirdilər. Məktəbin şəhid məzunlarının həyat və döyüş yolunu əks etdirən videoçarxlar göstərildi.

Tədbirdə məktəbin şəhid məzunu Ülvi Rəfiyevin valideynləri, məktəbin adını daşıdığı məzun şəhid Allahverdi Xəlilovun anası, məktəbin məzunu olmuş qazilər iştirak etdilər. Sonda məktəbin direktoru Nurqələm Bayramova və qonaqlar çıxış etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi