Oxu strategiyasının həyata keçirilməsi.

Şagirdlərdə nitqin inkişafı,onlarda oxu mədəniyyətinin aşılanması,bu istiqamətdə istedadlı şagirdlərin aşkar edilməsi,ümumiyyətlə oxu strategiyasının həyata keçirilməsi məqsədi ilə 2014-2015-ci tədris ili ərzində məktəbimizdə müxtəlif səpkidə işlər görülmüş,müsabiqə və yarışlar,ədəbi-bədii kompozisiyalar keçirilmişdir.Əlamətdar günlərdə məktəbdə keçirilən tədbirlərdə şagirdlərlə şairlərin görüşləri də təşkil edilmişdir.Belə ki,tədris ili müddətində I-IV siniflər üzrə şeir müsabuqələri,X-XI siniflərdə inşa yazı mesabiqələri keçirilmişdir.Tədris ilinin fevralında 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilmiş,”Uşaq hüqüqları Konvensiyası”na,Azərbaycan Respublikası Prezidentinin 8-may 2012-ci il tarixli “Azərbaycan Respublikasında uşaq hüquqlarının həyata keçirilməsində dövlət nəzarəti Qaydası”nın təsdiq olunması haqqında fərmanına uyğun olaraq məktəbin 7-d sinif şagirdlərinin hazırladıqları “Uşaqlar həyatın çiçəkləridir” haqqında referatlarının təqdimatı keçirilmiş,Həsənova Aytənin,Şeyxülislami Nigarın və Ələkbərova Lətifənin referatları I yerə layiq görülmüşdür.Həmin şagirdlərə “Fəxri fərman”lar verilmişdir.Şair İlyas Tapdıq,Hacı Loğman,Şəmistan Nəzirli və gənc şairə Mətanət Mətinlə görüşlər təşkil edilmişdir.Hacı Loğman və Mətanət Mətinin yeni nəşr olunmuş kitablarının təqdimatı keçirilmişdir.Görüş zamanı vətənpərvərlik mövzusunda şeirlər söylənilmiş,mahnılar dinlənilmişdir. Milli Qəhrəman Arif Məhərrəmovun çıxışı alqışlarla qarşılanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi